Steel engineering construction - 2021-ci ildən fəaliyyətdə olan metal konstruksiya şirkətidir. Şirkətin əsas fəaliyyəti metal konstruksiyanın emalı, quraşdırılması və ümumi metal konstruksiya auditinin keçirilməsidir. Şirkət yaranan ildən bu günə qədər bir çox layihələri uğurla həyata keçirməkdədir.








Polad materialların emal edilərək hazırlanmasından alınan konstruskiyalara metal konstruksiyalar deyilir.Müasir dövrdə ən əlverişli konstruksiya hesab olunduğundan metal konstruksiyadan mövcud və yeni tikililərdə ən etibarlı konstruksiya hesab olunur.Sirr deyil ki,günümüz tələbləri tez-tez dəyişilməkdədir.Bu dəyişikliklər yol infrastrukturu,maddi texniki baza olaraq tanınır.Bütün bu dəyişikliklər mobilizasiyanın olmasını ön plana çəkir.Metal konstruksiyadan hazırlanan tikililər bu mobilliyi təmin edir.Digər konstruksiyalar ilə müqayisə edildikdə isə daha sağlam,daha etibarlı və daha uzun ömürlüdür.
Metal konstruksiyalardan əsasən anbar və anqarların tikintisində,binaların tikintisində,binaların dam,fasad və gücləndirilməsində geniş istifadə olunur.Tikililərə xüsusi modern dizayn verən bu konstruksiyalar həm də etibarlılığı təmin edir.
Metal konstruksiyaların etibarlılığı bir neçə əsas faktordan ibarətdir.
- Layihələndirmə
- Qumlama
- Boyama
- Qaynaq
Yuxarıda adları çəkilən proseslər bir-birilə zəncirvari əlaqəlidir.Bu əlaqənin pozulması ümumi konstruksiyanın möhkəmliyinə birbaşa təsir göstərir.Bütün bu proseslərin harmoniyada olması üçün isə standartlara istinad edilməlidir.
Proseslərə nəzarət dedikdə biz həm də, keyfiyyətə nəzarəti nəzərdə tuturuq.Proseslərin ardıcıl,düzgün davam etməsi keyfiyyətin yüksək olmasına gətirib çıxarır.Proseslərə nəzarət isə standartlar əsasında olur.
Polad materiallar rütubətin,küləyin təsirindən korroziyaya uğrayır.Korroziya materialın paslanmasına və nəticədə istifadəyə yararsız hala salır.Korroziyadan mühafizə fərqli üsullarla aparılır.Elektroliz,qumlama bu üsullardan bir hissəsidir.Korroziyadan mühafizə edilməsi üçün ilk öncə materialın korroziya dərəcəsi təyin edilməlidir.Bu proses korroziyadan mühafizə üsulunun seçilməsində,keyfiyyət və iqtisadi səmərəlilik baxımından önəmlidir.